تبليغاتX
Seher Musiqi Qrupu

Seher Musiqi Qrupu

ٍسئوگی دن اوستون عشق دیر. آنجاق بیر ماهنی دیر عشقین اوزوده ...Sevgiden ustun eshqdir, Ancaq bir mahn

پنجره آلبومونون دونن تویون ایدی ماهنیسی

http://www.boxca.com/mahmudoglu/kqhk6xsyn4y7/Settar-dunen_toyun_idi+.mp3.html

 

bu Mahnı Qəşəm nəcəfzadənin " məni aldadaydin"   adlı şeri öz səsilə  və mərhum şair Nüsrət  kəsəmənlinin " Dünən toyun idi " sözlərivə loreena MC Kennitt musiqisiylə barışıbmış

 

 Qəşəm nəcəfzadə

     Nüsrə kəsəmənli

   Loreena McKennitt 2009 

+ نوشته شده در  25 Aug 2009ساعت   توسط settar  | 

+ نوشته شده در  25 Aug 2009ساعت   توسط settar  | 

şair Qəşəm Nəcəfzadə

 

 

 

Şair Qəşəm Nəcəfzadənin Tehranda “Yaşmaq “ yayım evində “Ölülər bizə gülür”adlı şeirlər kitabı nəfis şəkildə çap edilib. Nəşriyatın öz hesabına nəşr etdiyi  bu kitaba şairin  müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Kitabın redaktoru istedadlı şair və naşir Səid Muğanlıdır. Üz qabığının qurucusu Ayxan, şeirləri ərəb qrafikası ilə yazan və ön sözün müəllifi Səttar Mahmudoğludur. Kitab 132 səhifədən ibarətdir. Səttar bəy ön sözdə yazır: “Yaşadığımız uzaq-yaxın dünyamız o qədər qarışıqdı ki, özünü, özlüyünü axtarmağa insan oğlu macal tapa bilmir. Şeir mələyi yuxulu kəpənək sayağı gəlib şairi tapdığı kimi dost da tapırsan bu dünyada. Kiçik dünyamızın  böyük guşəsində, Təbrizin mürgüləyən anlarında Muğan oğlu Qəşəm Nəcəfzadəni  beləcə tanıdım  öz səsiylə, şeirləriylə. Qardaşım Səid Muğanlı ilə birlikdə Azərbaycan anamızın  yaşmağına (Yaşmaq dərgisi”)  büküb dostluq körpüsündən adlayaraq  sizlərə çatdırdıq  bu kitabı.” Bundan əlavə Tehranda Səhər” musiqi qpupunun  buraxdığı  alboma Qəşəm Nəcəfzadənin öz səsi ilə şeirləri daxil edilib. İnternet saytlarının və mətbuatın  yazdığı  xəbərlərə görə  həm albom, həm də “Ölülər bizə gülür” şeirlər kitabı İranda maraqla qarşılanıb.   

 

 

     www.qeshemnecefzade.net           www.qeshemnecefzade.azeriblog.com

===========================================================

 

 Xalq yazıçısı Anar RzaQəşəm nəcəfzadə

 

 Səttar Mahmudoğlu

şair Qəşəm Nəcəfzadənin İranda çap olunmuş

"Ölülər bizə gülür” kitabındakı şeirlər üzərinə  -

Mən Qəşəm Nəcəfzadəni görməmişəm. Amma şeirləri ilə çoxdan tanışam.
Arada telefonda danşırıq. Ən maraqlısı odur ki, telefonda ön səsimizdən öncə (Qəşəm belə deyir)  uşaqlarımızın səsi eşidilir.  Bəli, bu, maraqlı faktdır. Təbrizdəki bir evlə Bakıda bir ev iç-içədir indi.

Qəşəm Muğan oğludur, yəni muğanlıdır. Bu torpağın böyük bir hissəsi Quzeydə, kiçik bir hissəsi Güneydədir. Onun mənə göndərdiyi şeirləri həm maraqla oxudum, həm də diqqətlə üzünü ərəb qrafikası ilə köçürdüm.
Qəşəmin “Problem” şeirində belə bir  misra var: “Özümü yaxşı tanıyıram: əclaf.” Niyə belə deyir Qəşəm? Əlini çənəsinə qoyub, telini yana darayan şair obrazından artıq bezmişik. Məncə, poeziya müəllifin öz- özünə bu cür hücumundan  başlayır indi. Başqa bir şeirində isə:

Qadın içimdə
Divan, kreslo
Tozsoran, mətbəx
Ütülü yorğan-döşək kimi tərpənər.

İndi  dəniz, payız, yarpaq, bulaq başı və sairə şeylər bu cür əşyalarla əvəzlənib. Ən maraqlı burasındadır ki, içimizdə  divan, kreslo, tozsoran, mətbəx nəfəs alır… ilham pərisi asrtıq xırdalıqların üzərinə qonub.
Qəşəm Nəcəfzadə “Qoşma”,”Gəraylı”, “Çöl müxəmməsi”, “Bayatı” şeirlərində klassik şeir növlərinə yeni bir quruluş verib.. Qoşma nədir? Qoşma həm də  əşyaları və fikirləri  bir-birinə qoşmaq, düzmək və bağlamaqdır.

Zəminin başındakı arx
Zəmiyə başlıqdır.

Və yaxud

Arxın başındakı söyüd
Yerdən qalxan buluddu.
Buludun da evi
arxdakı mürgüləyən sulardı.
Obanın yaraşığı itdi
Itin yaraşığı pişikdi
Qızın yaraşığı oğlandı
Gəlinin yaraşığı doğmaqdı.

Buradakı sanamalar bir-birinə qoşulub, birləşib. Bu, qoşmadırmı? Bilmirəm.
kitabdakı şeirlərin əksəriyyəti gündəlik hadisələr üzərində qurulub.
“Bayatı” şeirinə diqqət yetirək:

Əzizinəm itkin düşmüş
çiçəyi üçün zarıyan arı,
Iynəni çiçəklər öpsün.

Görəsən  çiçəklər niyə itkin düşüb? Niyə arılar zarıyır? Doğurdanmı çiçəklər arıların iynəsindən öpür? Bu sualların cavabı oxuculardadır. Şair  varlığı oxucudan baş qaldırır.

Əzizinəm generalın döşündə
bir medal yeri
əzizinəm ananın köksündə
bir bəla yeri.

(Bayatı)

Hə, bu da müharibə haqqında şeir. Burada generalın döşündəki medalla ananın köksündəki ağrının əlaqəsi və iç-içə oturmağı bütövlükdə qarabağ savaşının özüdür. Bu şeirdə bir hadisə başqa bir hadisənin başlanığıcı və ya sonudur.

Səhərəcən Muğanı atlar muğam oxuyar

Muğanda bir at nəfəsi var, bəlkə də Muğandan əsən yellər tövşüyən atların nəfəsidir. Atların dırnağından köbələklər tökülür, atların ayağından cölün eyni açılır, suyun eyni açılır atların dodağını görəndə.
Budur, sonu görünməyən Muğan çölünün əbədi nəğməsi!
“İt ölüsü” şeirinə baxaq:

Kimsə bu yolun başında
İt çəsədinin üstünü örtməz.
Axşam itin üstünü
təkçə öz səsi örtər.
Səsi yüz yol dövrə vurar başına
Ölüsünü diri itə oxşadar.
Səs düşən tək,
It yalmana-yalmana
Bürünər öz səsinə.

Bu da dünyanın metafizik qanunu… metafizikadan alınan şeir. Hər şey səsin üzərində oturub.
Qəşəmin şeirlərindən romantika çıxarılıb. Hər şey konkret hadisələr və faktlar üzərində yerləşib.

Qadın əlində tutduğu uşaqla
Müvazinətini saxlayıb.

(Park)

Nə qədər dəqiqdir bu lövhə. Sən demə böyüklərin müvazinətini saxlamaq üçündür həm də uşaqlar!

Və yaxud

Ayaq üstə güclə dayanan qadının
əlində tutduğu uşaq
alma zəmbilinə oxşayır.

(Metro)

Müşahidə çox maraqlıdır. Burada da qadını yıxılmağa uşaq qoymur. “Park” şeirində də tələbə qızı yıxılmağa qoymayan ürəyində tutduğu fikirdir.

…Hərdən də başımı itirib
Cibimi tapmayanda
Arvadım bir əlində su
Bir əlində dərman
Dalımca gəzir.

(Axşam əhvalatları)

Doğurdanmı adam başını itirəndə cibini tapmır? Niyə məhz cibini? Çünki burada cib ev, eşik, həyat, məişət anlayışını verir. Arvad  ilac verir ki, kişi cibini-evini tapsın.
Zindanlar bizə yaxşı tanışdı. Qəşəm “Həbsxana etüdləri” şeirində çox doğru deyir, həbsxanalar insanları daha da ən qəddar qatilə çevirər.
Həmin şeirdən:

Hər gecə dustaqlar arvadına yazdığı
Kiçik kağız parçasıyla
Özünü çölə çıxardar.

Qəşəmin “katibələr qulağıyla sevər”, “hər hündür bina kəndin çəkdiyi ahdır”, “itimizin burnunun ucunda ay doğar” misaralar gündəlik həyatımızın çox dəqiq şəklilləridir.
Dostlarım da deyir, Qəşəmə də demişəm bunu- kitabdakı şeirlər, fikirlər, düyğular çox  dağınıqdır. Amma bütün bunlar müasir həyatın daxili ritminə, intizamına bağlıdır.
Bəzən ayaq üstə olan bir fikri və ya bir şeiri  Qəşəm  qəsdi şəkildə baş-ayaq edir ki, oxucu özü seçsin, özü tanısın.
“Namaz” şeirində oxuyuruq:

Səhər-səhər əl-üzümü ağacla yudum

Oxucu düşünür, bu, nə deməkdur? Artıq buradakı sözlər öz ilkin mənasını itirib, tamam başqa mətn göz önündədir. Ağaclar məncə, su fəvvarəsidir. Burada əl-üzünü cox rahat yumaq olar. İkinci bir tərəfdən biz hər səhər yuxudan duranda üz-gözümüz karbon qazı ilə dolu olur. Ağacın bizə bəxş etdiyi oksigenlə də əl-üzümüzü yuyuruq. Artıq bu, başqa bir anlayışdır.
Hə, bu da kitab… Mən üzünü köçürdüm, gözəl qardaşımız  Səid Muğanlı Tehranda “Yaşmaq” yayım evində cap elədi bu kitabı… Uğur olsun!
Qəşəm Bakıdadır, mən Təbrizdə….
Qəşəmi görməmişəm, hərdən zəngləşirik… Evlərimiz iç-icədir.

 --------------------------------------------------------------------------------------------------------------

 

 

Sevinc MÜRVƏTQIZI  

525-ci qəzet

 

GÜNEYLİ SOYDAŞLARIMIZ SƏTTAR MAHMUDOĞLU FƏRHAD EYVƏZİ AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİNİN İRANDA GENİŞ TƏBLİĞİNƏ ÇALIŞIRLAR


Təbriz şəhərində Azərbaycan mədəniyyətinin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərən Səttar Mahmudoğlu və Fərhad Eyvəzi bugünlərdə Bakıda olublar. Əməkdaşımızla söhbət zamanı güneyli soydaşlarımız həm özləri, həm də Təbriz və Tehranda Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğilə bağlı gördükləri işlər barədə geniş məlumat veriblər. 

  

 

Səttar Mahmudoğlu Təbrizdin mexanika  fakültəsinin məzunudur.  hər zaman ədəbiyyat və mədəniyyət sahəsinə böyük maraq göstərib: "Uşaqlıqdan bəri Azərbaycan musiqisi və ədəbiyyatı ilə yaxından maraqlanmışam. Evimizdə Baba Mahmudoğlu, Zeynəb Xanlarova, Teymur Mustafayev və başqalarının səsləri yazılmış kasetləri dinləyərək böyümüşəm". Hələ tələbəlikdən Azərbaycan ədəbiyyatı ilə maraqlanan S.Mahmudoğlu universitetdə təhsil aldığı zaman Azərbaycan türkcəsində "Səhər" jurnalı nəşr etdiklərini deyib: "Səhər" dərgisi tələbələr arasında keçirilən nəşrlər müsabiqəsində iki dəfə mükafata layiq görülüb. Bacardığımız qədər Azərbaycan ədəbiyyatının jurnalda çapı üçün çalışmışıq. Həmin jurnalda Məmməd Araz, Zəlimxan Yaqub və başqa tanınmış Azərbaycan şairlərinin əsərləri çıxıb. Alim Qasımov başda olmaqla istər musiqi, istərsə də incəsənətin digər sahələrində çalışan dəyərli sənət adamları ilə müsahibələrimiz olub". S.Mahmudoğlu Azərbaycan və fars ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə yaxından bələddir. Bu da ona ədəbiyyatın təbliği yönündə apardığı işlərdə kömək edir.

   Fotorəssam Fərhad Eyvəzi də "Səhər" jurnalında S.Mahmudoğlu ilə birgə çalışdığını, daha çox incəsənətin rəssamlıq və kino sahəsilə maraqlandığını vurğulayır. Artıq 8 ildir ki, Tehranda yaşadığını deyən F.Eyvəzi sənədli filmlər çəkdiyini, Bakıya gəlməkdə məqsədinin yazıçılarımızın dram əsərləri və ssenarilərini alıb, İranda ekranlaşdırmaq üçün aparmaq olduğunu bildirir.

   "Fəaliyyətiniz təkcə Təbrizlə məhdudlaşırmı, yoxsa digər şəhərlərdə yaşayan azərbaycanlılarla da əməkdaşlıq mövcuddur" sualımızı cavablandıran S. Mahmudoğlu Təbrizdə çalışmağın bir qədər asan olduğunu söyləyir: "Amma Azərbaycan türklərinin yaşadığı digər bölgələrdə də ədəbiyyat və mədəniyyətimizin təbliği ilə məşğul olanlar var. Onlar barmaqla sayılacaq qədər az olsalar da, biz həmişə bir-birimizlə əlaqə saxlamağa çalışırıq. Doğrudur, bu ünsiyyət yalnız şəxsi əlaqələr vasitəsilə baş tutur, lakin hər halda cəhd edirik. Bir layihəmiz olanda birgə fəaliyyətə əsaslanırıq".

   Birgə nəşr etdikləri "Günəş" jurnalı haqqında da danışırlar: "İranda çıxan "Günəş" jurnalı azərbaycanlı gənclərin birgə səyilə nəşr olunur. Jurnalda kimsənin ayrıca vəzifəsi yoxdur. Onun işıq üzü görməsi üçün hamımız birlikdə çalışırıq. Hamımızın ortaq maddi vəsaiti əsasında ərsəyə gələn jurnalın nə ayrıca mətbəəsi, nə də xüsusi redaksiyası var. Ancaq bütün çətinliklərə baxmayaraq, Azərbaycan və bütün türk ədəbiyyatına sevgimiz bizim daha da səylə çalışmağımıza, çətinliklərin öhdəsindən gəlməyimizə yardımçı olur".

   Jurnalın Tehranda - Fərhad Eyvəzinin kirayə qaldığı evdə yığılan son nömrəsi min nüsxə tirajla çap olunub. Soydaşlarımızın bildirdiyinə görə, artıq 4-cü nömrəsi işıq üzü görən "Günəş"in tirajı hər dəfə maddi vəsaitdən və tələbatdan asılı olaraq dəyişir. Dərginin hər sayı bir mövzuya həsr edilir. İndiyədək üç dəfə oxucuların görüşünə gələn jurnalın dördüncü sayında da maraqlı materiallar yer alıb: "Son sayı qədim el bayramımıza Novruza həsr etmişik. Jurnalın son nömrəsində mərhum ustad Bəxtiyar Vahabzadə, şair Ramiz Rövşən, Nobel mükafatçısı Orxan Pamukla bağlı materiallar yer alıb".

   S.Mahmudoğlu Bakıdakı yazarlarla sıx əlaqələr qurmaq istədiklərini, bunun üçün səylə çalışdıqlarını bildirir: "Biz də, ədəbiyyatla maraqlanan bir çox gənclərimiz də yeni nəslə mənsub azərbaycanlı ədiblərin əsərlərilə əsasən internet vasitəsilə tanış olurlar. İnternet saytlarının köməyilə Rəşad Məcid, Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə, Ədalət Əsgəroğlu və başqalarının əsərlərini oxumuşuq. Qəşəm Nəcəfzadənin "Ölülər bizə gülür" kitabını orada yayımladıq, maraqla qarşılandı".

   Güneyli soydaşlarımız indiyə qədər xalq yazıçısı Anarın "Sizsiz" əsərini və bir çox başqa nəsr nümunələrini, şairlərimizin şeirlərini oxuduqlarını, dünya ədəbiyyatında baş verən proseslərin Güney Azərbaycan ədəbiyyatına da təsirsiz ötüşmədiyini deyirlər: "Səid Muğanlı, Eyvaz Taha, Seyid Heydər Bəyaz, Duman Ərdəm, Aydın Araz kimi müasir ədəbi prosesləri izləyən və postmodernizm üslubunda yazan şair və nasirlərmiz var. Bizdə sərbəst şeir geniş yayılıb və poeziya nəsri qabaqlayır. Amma Azərbaycan türkcəsində yazan görkəmli nasirlərimizdən Gəncəli Səbahi, Haşım Tərlan, Eyvaz Tahanın əsərləri də rəğbət doğurur".

   Söhbətin sonunda Azərbaycan ədəbiyyat və mədəniyyət nümunələrini İrana apararaq fars dilinə tərcümə etmək, kitablar buraxmaq, sənədli filmlər çəkmək istədiklərini bir daha qeyd edən güneyli qonaqlar gələcəkdə buradakı yazarlarla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını da vurğulayırlar: "Azərbaycan ədəbiyyatına, yazar dostlarımıza gözəl ab-hava, parlaq gələcək arzulayırıq".

 

 

+ نوشته شده در  25 Aug 2009ساعت   توسط settar  | 

صنعت دوستلاریم ...

 

 

 

Senet yoldashlarim. gozel duyugulu ve sesinin shirinliyile meni her zaman Shur mugamina heveslendiren Qasim bey Vetenoglu

Terife ehtiyaci olmayan gesheng oglan ELMAN ve IMANin atasi Cefer Ehmedi

 

 

 

 

 

 

 

+ نوشته شده در  5 Sep 2008ساعت   توسط settar  | 

ٍسحر قروپو ایله تانیشلیق SəHəR Musiqi Qrupu ilə tanışlıq

     Biz 3-luq daha duzunu desem 4-luk teshkil etmish bir musiqi qrupu hazirlamishiq. buqrupumuzunda adini SEHER adlandirmishiq.

 Qarmon ve ifaçımız Həsən Bəsarəti

Klarinet ve org ifachimiz qardashim Bagir Dadxah

     Xelil Muradi yoldash da menimle birge Mahni ve mugam ve Xaric mahnilari (fas ve Turkiye )  teranelerini ifa  edirik

 

 

 

+ نوشته شده در  5 Sep 2008ساعت   توسط settar  | 

سئویملی و ایستکلی قیزیم

سئویملی و ایستکلی قیزیم   

 

         ایستکلی   

 

 

                                                                                               istəkli

 

 

         

+ نوشته شده در  3 Sep 2008ساعت   توسط settar  | 

Quş qanadla uçar - قوش قانادلا اوچار

 

Yox səni unutmaq coşğun selləri

Tərsinə üzməkdən daha çətinmiş

Göyərçin qanadi bir cüt əllərin

Mənim pərvaz edən səadətimmiş

 Əliağa Kürçaylı          

 

Quş qanadla uçar

 

  İnsan diləklə

 

 

 Quş qanadla sınar

   

İnsan ürəklə

 

 

 

Quşlar uçmaz güllər soldu

 

Uca dağlar duman aldı

 

Bəlli ki getdiyin yerdə

 

.... Qara xəbər var        

 

 

+ نوشته شده در  30 Aug 2008ساعت   توسط settar  | 

 

 

سئویملی دوستلاریمدان احمد ستاری موغام عالمینده سوزو اولان گنج خواننده  و حسن پور ممی  ان صمیمی یولداشلاردان .......      باکیلی بالالار

 

+ نوشته شده در  30 Aug 2008ساعت   توسط settar  | 

 

Cahngir Cahangirovun

 musiqisi və       İslam Səfərlinin

 şerinde yaşanan " Ay  Qız " mahnısını düşünərkən

 

Payız gəlişliydi Gedişin

çatmaz sənə nəfəsinə uşudum

Atəşləndim

 ?! Sən kim, mən kim

Nə olar ki səslədim

" Yollarına  baxa - baxa qaldı gözlərim "

 

--------------------------

 

 

menim sevdiyim vokal senetchisi ve Tebrizimizin igid oglu  HesenEnami yoldash ve eziz dostum Seid neseb abad

 

+ نوشته شده در  30 Aug 2008ساعت   توسط settar  | 

 

 

.....‌buda gencliyimden olan bir foto shekil

+ نوشته شده در  30 Aug 2008ساعت   توسط settar  |